“Bakı-2015” şokolad
tablosu “Ginnesin rekordlar kitabı”na
düşə bilər
Muzey Mərkəzində məşhur
şokolad ustası Nikolay Popovun müəllif sərgisində
yer alan
və birinci Avropa Oyunlarına həsr edilən şokolad tablosu “Ginnesin rekordlar kitabı”na düşə
bilər. “Bakı-2015” şokolad tablosunun çəkisi 215 kiloqramdır.
Avropa Oyunları
ərəfəsində açılan
“Nikolya Şokolad Muzeyi” sərgisini indiyədək 15 min insan ziyarət edib. Bu barədə
məlumat verən sərginin təşkilatçısı
Andrey Leynin sözlərinə görə,
təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqda “Ginnesin rekordlar kitabı”na müraciət
ediblər.
Qeyd edək ki,
Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin
təşkilatçılığı ilə keçirilən
şokolad sərgisi iyunun
28-dək davam edəcək. Dünya turu çərçivəsində 40-dan
artıq şəhərdə maraqla
qarşılanan “Nikolya Şokolad
Muzeyi”nin Bakı sərgisində
250-dən artıq yüksək keyfiyyətli şokolad
məmulatı, şokolad və marsipan heykəllər, şokolad
bagetlərlə çərçivəyə
alınmış rəsmlər, miniatürlər və kompozisiyalar təqdim edilir.
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 3.