“Müharibənin
sonrakı nəsillərə təsiri”
Almaniyanın paytaxtı Berlindəki “Türk Evi”ndə üç hərbi müxbirin “Müharibənin sonrakı nəsillərə təsiri” mövzusunda fotosərgisi açılıb. Sərginin məqsədi Qarabağ hadisələri ilə bağlı reallıqları, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzkarın Xocalıda insanlığa qarşı törətdiyi cinayətlər barədə həqiqəti dünyaya, ilk növbədə Almaniya ictimaiyyətinə çatdırmaqdır.
Sərgi Milli Məclisin
deputatı, Beynəlxalq Türk Gənclər
Birliyinin sədri Əkrəm Abdullayevin təşəbbüsü ilə təşkil
edilib. Açılış
mərasimində Avropa Azərbaycanlılar
Konqresinin sədri Bahəddin Qaya, Azərbaycanın və Türkiyənin
Almaniyadakı səfirliklərinin nümayəndələri,
tarixçilər, media təmsilçiləri,
habelə Türkiyə, Suriya, Ukrayna, Makedoniya,
Rumıniya və başqa ölkələrdən
qonaqlar iştirak ediblər.
Mədəniyyət.- 2015.- 24 iyun.-
S. 2.