Avropa Oyunlarının sənət çələngi

 

Bakıda keçirilən I Avropa Oyunları ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin yerli sakinlər və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi konsert proqramları davam edir.

 

İsrailin rəqs qrupundanBax üçün laylay

 

İyunun 20-də Heydər Əliyev Sarayında İsrailin Kibbutz Müasir Rəqs Şirkətinin gənc baletmeysterlərinin ifasında dünya şöhrətli xoreoqraf qurumun bədii rəhbəri Rami BeerinBax üçün laylayproqramı təqdim olunub.

İsrailin şimalındakı rəqs qəsəbəsi kimi tanınan Kibbutz Gaatandan gəlmiş qonaqların səhnə məharətləri geniş tamaşaçı auditoriyası tərəfindən alqışlarla qarşılanıb.

Qrupun rəhbəri Rami Beer bildirib ki, birinci Avropa Oyunları günlərində çıxış etmək üçün Bakıya dəvət edilməyindən şərəf duyur. O deyib: “Təqdim etdiyimiz proqramda dünya dəyişir, o, dağılır yenidən qurulur. Nəsillər yetişir. Nəsillər məhv olur. Lakin laylalar musiqi kimi əbədi yaşayır”.

Qeyd edək ki, Kibbutz Müasir Rəqs Şirkəti 1970-ci ildə Yehudit Arnon tərəfindən təsis edilib dünyanın aparıcı müasir rəqs şirkəti kimi tanınır.

 

Todesbaletindən möhtəşəmDiqqət

 

İyunun 22-də Heydər Əliyev Sarayında Rusiyanın tanınmışTodesrəqs kollektivi “Attention” (“Diqqət”) adlı şou balet konsertini təqdim etdi. Maraqlı səs rəng effektləri ilə müşayiət edilən, fərdi kollektiv halda nümayiş olunan rəqsləri tamaşaçılar böyük maraqla izlədilər. Proqram boyunca təqdim olunan hər bir kompozisiya möhtəşəm ifa tərzi ilə seçilirdi tamaşaçıların sürəkli alqışları ilə qarşılandı.

Qeyd edək ki, 1986-cı ildə xoreoqraf Alla Duxovanın bədii rəhbərliyi ilə yaradılan kollektiv hazırda balet, brek-dans, hip-hop caz kimi müxtəlif xoreoqrafiya üslublarının sintezindən ibarət 60-dan çox rəqqasın yer aldığı bir qrupdur. Todestəkcə MDB- deyil, həmçinin Avropa dünyanın müxtəlif ölkələrində ən yaxşı rəqs kollektivlərindən biri kimi məşhurdur. Bu qeyri-adi rəqs kollektiviniRəqs imperiyasıda adlandırırlar.

 

İtaliya Azərbaycan musiqiçilərinin birgə proqramı

 

Avropa Oyunları ilə bağlı daha bir konsert proqramı iyunun 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşəcək. Musiqi axşamında İtaliyanın “Le Dev4s” ansamblı Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri birgə proqramla çıxış edəcək.

Musiqiçi prodüser Françeska Volpini tərəfindən yaradılmış "Le Dev4s" dörd italiyalı sopranodan ibarət ansambldır. Qadınlardan ibarət olan ansambl Motsart, Bellini, Verdi Puççini daxil olmaqla dünyaca məşhur bəstəkarların opera nümunələrinin mahnıların interpretasiyasını təqdim edir.

 

Heydər Əliyev Sarayında daha iki konsert

 

İdman bayramı ilə bağlı Heydər Əliyev Sarayında daha iki konsert təqdim olunacaq. İyunun 25-də Azərbaycan Aşıqlar Birliyi ilə birgə təşkil olunacaqYaxşı ki, sən varsan, ay sədəfli Saz!” adlı böyük aşıq konsertində əməkdar mədəniyyət işçiləri Əhliman Rəhimov, Gülarə Azaflı, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Ulduz Quliyeva, Ağamurad İsrafilov, eləcə Cahangir Quliyev, Telli Borçalı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Solmaz Kosayeva, Əli Tapdıqoğlu başqa aşıqlar çıxış edəcək.

İyunun 26-da isə Heydər Əliyev Sarayının səhnəsində İrlandiyanın “Rhythm of the dance" rəqs qrupunun "Back to our İrish Roots" (“İrland köklərimizə qayıdış”) konserti keçiriləcək. Tamaşaçılara musiqinin, rəqsin, teatrın, xüsusi işıq effektlərinin improvizasiyaların yer aldığı bənzərsiz şou təqdim olunacaq.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 24 iyun.- S. 3.