“Şətrənc şahmatın sələfidir”

 

Səttar Bəhlulzadənin ev-muzeyinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovanın beynəlxalq “İrs-Naslediye” jurnalının növbəti nömrəsində “Şətrənc şahmatın sələfidir” (“Şatrandj - predşestvennik şaxmat”) adlı məqaləsi dərc olunub. Muzeydən bildirilib ki, məqalədə şətrəncin yaranma tarixi, Şərq ölkələrində məşhurlaşması, qədim və orta əsrlər dövründə Azərbaycanda yayılması tarixi faktlar əsasında göstərilib. Müəllif şətrənc idman növünün əsasında tədricən şahmatın yaranması prosesini açıqlayıb. Məqalədə olan tarixi şəkillər faktları əyani olaraq təsdiqləyir.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 14.