“Mən kiməm”
Professor Nizaməddin Şəmsizadənin
yeni kitabı
Azərbaycan Respublikasının Dövlət
Mükafatı laureatı,
filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadənin “Mən
kiməm” adlı yeni kitabı bugünlərdə “Yazıçı”
nəşriyyatında çapdan
çıxıb. Müəllif tərəfindən “müxtəsər
həyatnamə” kimi təqdim olunan kitab onun əcdadı,
mühiti, taleyi, yaradıcılığı, müasirləri
və yaşadığı
zaman haqqında müşahidə və mülahizələrini əks
etdirir.
Cəmiyyətdə müəyyən ictimai-tarixi
yeri olan hər bir kəs
özünə “Mən
kiməm” sualını
verməlidir. Azərbaycanşünas,
nəzəriyyəçi-ədəbiyyatşünas,
filosof-tənqidçi, onlarla
monoqrafiya və kitabın, yüzlərlə
elmi-nəzəri, ədəbi-tənqidi,
fəlsəfi-publisistik məqalənin
müəllifi olan N.Şəmsizadə bu kitabında XX əsrin
70-ci illərindən XXI əsrin
ilk onilliklərinə qədər
müxtəlif ictimai formasiyaları çevrələyən
yarıməsirlik bir dövrün ədəbi-tarixi
olaylarına şəxsi
həyat prizmasından
qiymət verməyə
çalışır. Fəlsəfi-publisistik
üslubda yazılmış
kitab millətini və dövlətini sevən, elm və mədəniyyətlə nəfəs
alan, gözəlliyi
duyan, vicdanla yaşayan və şəxsiyyətini qorumağı
bacaran insanlar üçün nəzərdə
tutulub.
Mədəniyyət.- 2015.- 26 iyun.- S. 13.