Əsri geridə qoymuş bulvarın yeni həyatı

 

Paytaxt turu 

 

Son illər ölkəmizin dinamik iqtisadi inkişafı, həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri paytaxtımızın günbəgün yeniləşən simasında sosial infrastrukturmüasir şəhərsalma layihələrində özünü xüsusilə qabarıq göstərir. Qədim şəhərin məxsusi koloriti saxlanılmaqla təmir-bərpa edilən tarixi məkanlar, mədəniyyət ocaqları, memarlıq nümunələri və bunlarla bir arada ucaldılan ultra-modern göydələnlər, salınan yeni parkbağlar, istirahət guşələri Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

 

Bu gün şəhərimizə gələn çoxsaylı qonaqlar Şərq və Qərb memarlığını, irsyeniliyi, tarixlə müasirliyi harmonik şəkildə təcəssüm etdirən paytaxtımızın gözəlliyinə heyranlıqlarını gizlətmirlər. Biz də Bakının bu harmoniyasının gözoxşayan məkanlarını, yeniləşən tarixi guşələrini bir daha gəzib sizlərə təqdim etmək qərarına gəldik. Söhbət açacağımız ilk məkan paytaxtımızın “vizit kartları”ndan biri - Xəzər sahilinin incisi, mirvari boyunbağısı olan Bakı bulvarıdır.

Əsası 1909-cu ildə qoyulan, 1998-ci ildə Milli Park statusu alan Bakı bulvarı təkcə arxitektura baxımından deyil, həm də zəngin bitki aləmi və landşaft dizaynı ilə dünyanın ən gözəl parklarından biridir. Son illərə qədər ərazisinin böyüklüyünə görə Sena çayı sahilindəki Paris bulvarından sonra Avropada ikinci olan Dənizkənarı Milli Parkımız həyata keçirilən genişləndirmə layihələrindən sonra bu sırada birinciliyi ələ alıb.

Artıq bir neçə ildir ki, ölkə Prezidentinin müvafiq tapşırığına əsasən Bakı buxtası boyunca aparılan genişmiqyaslı rekonstruksiya işləri nəticəsində köhnə sənaye obyektlər köçürülür, fəaliyyət göstərməyən neft buruqları ləğv edilir, ərazi çirkab dolu gölməçələrdən təmizlənir və bütün bunların yerində bulvarın yeni, gözoxşayan massivləri salınır. Bir əsri geridə qoymuş Dənizkənarı Milli Park bu gün özünün yeni həyatını yaşayır. Əvvəllər bir sıra sənaye müəssisələrinin yerləşdiyi, ekologiyası narahatlıq doğuranQara şəhər”in ərazisində indi dünyanın ən iri şəhərsalma və ekoloji landşaft layihələrindən olan “Bakı Şəhər” layihəsi reallaşdırılır. Şəhər bulvarı bu bənzərsiz layihənin bir hissəsi kimi paytaxtımızın Xəzərə açılan mənzərəsini daha da cazibədar edir. Bir vaxtlar fontan vuran buruqlarının əhatəsində olan neft tullantıları ilə çirklənmiş Bayıl buxtası da artıq abadlaşdırılaraq ekoloji təmiz məkana çevrilib və Dənizkənarı Milli Park coğrafiyasına daha bir ad əlavə olunub - “Bayıl bulvarı”.

Ötən müddətdə dövlət başçısı bu məkanlarda həyata keçirilən layihələri diqqət mərkəzində saxlayıb, işlərin gedişi ilə mütəmadi tanış olaraq müvafiq tapşırıq və göstərişlər verib. Paytaxtımızda I Avropa Oyunlarının başlaması ərəfəsində hər iki məkanda işlər yekunlaşdı. Prezident İlham Əliyevin iştirakı ilə iyunun 1-də Şəhər bulvarının, iyunun 8-də isə Bayıl bulvarının açılışı keçirildi.

 

Bakı Şəhər bulvarı

 

Milli parkın Şəhər hissəsi Bakı Dəniz Vağzalından Nobel prospekti istiqamətində uzanır. Yeni salınan bulvarın uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır. Dövlətimizin başçısının tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınan bu məkanda inşaat işlərinin keyfiyyətlə yerinə yetirildiyi hər addımda hiss olunur. Çünki ekologiyası bərpa edilən böyük bir sənaye zonasında belə genişmiqyaslı layihənin həyata keçirilməsi ən müasir mühəndis-dizayner yeniliklərinin, şəhərsalma və landşaft texnologiyalarının tətbiqini zəruri edir. Bakı Şəhər bulvarı layihəsi “AzimportMMC-nin inşaatçı, mühəndis, memardizayner heyətinin peşəkarlığı ilə ərsəyə gəlib. Şirkətin saytında yer alan məlumata görə, paytaxtın bir sıra park və bağlarında, tarixi-mədəni məkanlarında aparılan quruculuq-abadlıq və təmir-bərpa işlərində qurumun mütəxəssis və işçi heyəti iştirak edib. Şəhər bulvarında işlər iki il davam edibekoloji standartlara tam cavab verən keyfiyyətli tikinti materiallarından, müasir texnologiyalardan istifadə edilib.

Bulvarda yaşıl çəmən və beton-keramik döşəməli hərəkət zolaqları xüsusi zövqlə bir-birini tamamlayır. Müasir oturacaqlar quraşdırılıb, mərmər dibçəklər, üstü dekorativ bəzəkli zibil qabları qoyulub, çoxlu ağac və bəzək kolu əkilib. Təmiz hava, dəniz mənzərəsi, genişlik və rahatlıq buraya istirahətə və asudə vaxt keçirməyə gələnlərdə xoşunudulmaz təəssürat oyadır. Ərazidə basketbol, voleyboliki futbol meydançası, ümumilikdə dörd yeni meydança inşa edilib. Açıq havada yaradılan trenajor sahəsi sakinlərin sevimli məkanı olacaq. Burada gələcəkdə uşaq kinoteatrının inşası da nəzərdə tutulub. Sahilbərkitmə işləri aparılaraq dənizkənarı piyada yolları, yaşıllıq zolaqları salınıb, insanların təhlükəsizliyini və rahatlığını təmin etmək üçün piyada keçidləri inşa edilib. Şəhər bulvarı genişlənən və müasirləşən Bakının ümumi mənzərəsinə daha da gözəllik qatıb.

BeşulduzluBulvar Hotel” də ərazinin mənzərəsini daha da gözəlləşdirir. Nəfis tərtibatda qurulan hotelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Bulvar Hotel”də müxtəlif beynəlxalq, regional yerli əhəmiyyətli tədbirlər keçirmək üçün əlverişli şəraiti olan hoteldə 818 nömrə var.

 

Bayıl bulvarı

 

Bayıl bulvarı əvvəllər neft mədənlərinin yerləşdiyi sahədə salınıb. Qeyd edək ki, 1999-cu ildə Ceyms Bond (“Agent 007”) haqqında filmlərdən birinin kadrları məhz Bibiheybət buxtasında - indiki Bayıl bulvarına yaxın ərazidə çəkilib. Bir dünya bəs eləməz” (“The world is not enough”) adlı filmdə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi Xəzər neftinin Qərb bazarına çatdırılmasından bəhs olunur. Filmdəki kadrlarda ərazidəki neft buruqları, neft tullantıları ilə dolu gölməçələr görünür. İndi isə bu yerlər ekoloji cəhətdən təmizlənib, yaşıllıqlara bürünüb.

Bayıl bulvarının salınması da iki il davam edib. Layihə çərçivəsində bulvarda işlər yüksək səviyyədə həyata keçirilərək ümumi sahəsi 24 hektar olan yeni istirahət məkanı yaradılıb. Bayıl bulvarının uzunluğu 2,3 kilometrdir. Müasir işıqlandırma suvarma sistemləri quraşdırılıb.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bizimlə söhbətində yeni salınan hər iki bulvarla Dənizkənarı Milli Parkın ümumi uzunluğunun 16 kilometrə çatdığını deyir. Həmsöhbətim Şəhər bulvarında Dövlət Bayrağı Meydanından başlayan Bayıl bulvarında sakinlərin istirahəti üçün hər cür şərait yaradıldığını, bir çox yeniliklərin olduğunu deyir. Yeniliklərdən biri burada fəaliyyət göstərən qatarlarla bağlıdır. Park genişlənəndən sonra ərazidə fəaliyyət göstərən qatarların hərəkət marşrutları da artırılıb. Əvvəl qatarlar Bakı Dəniz VağzalındanSaat qülləsi”nə, oradan Dövlət Bayrağı Meydanına Bakı İdman Sarayından “Crystal Hall”a qədər hərəkət edirdi. Yeni yaradılan marşrut xətti isə Milli Parkın Şəhər hissəsindən Bayıl bulvarına qədər uzanır 14 dayanacağı var. Kondisionerlə təchiz olunmuş qatarda 80 sərnişin rahat şəkildə ərazini gəzə bilər. Bu gəzinti 2 manata başa gəlir, 6 yaşa qədər uşaqlar üçün isə pulsuzdur.

 

Dənizkənarı Milli Parkın gündəlik həyatı

 

Dənizkənarı Milli Parkda wi-fi internet xidməti, kafe restoranlarda qurulan POS-terminallar həm şəhər sakinlərinin, həm ölkəmizə gələn turistlərin rahatlığını təmin edir. Bulvarın paytaxtımızın gözəlliyini dənizdən seyr etmək istəyənlər üçün gəzinti gəmiləri fəaliyyət göstərir. Gəmilər Dövlət Bayrağı Meydanı “Kristal Hall”un ətrafında dövrə vurur.

Nazim Məcidov deyir ki, bulvar ərazisində çalışan işçilərin ingilis dili biliklərinin artırılması üçün işlər görülüb. Mühafizə xidmətinin əməkdaşları üçün ingilis dili kursları təşkil edilib: “Artıq hər bir obyektdə ingilis rus dillərini bilən işçilərimiz var”.

Bakı bulvarı həmişə paytaxtın qaynar nöqtəsi olub. Bugünlərdə ölkəmizdə keçirilən I Avropa Oyunları ilə əlaqədar dəniz kənarında istirahət edənlərin sayı xüsusilə artıb. Oyunların keçirildiyi bir sıra arenalar (“Kristal Hall”, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı) da bu ərazidə yerləşir.

Bulvarda müxtəlif əyləncə proqramları təşkil edilir.Saat qülləsi”nin yaxınlığında keçirilən əyləncə proqramında iştirak edən gənclərlə həmsöhbət oluram. İlqar Nəsiyev Bakıda istirahətin ən ideal məkanının bulvar olduğunu deyir: “Bura istirahət üçün yaxşı yerdir. Mən tez-tez bulvara gəlirəm. Burda I Avropa Oyunlarına bilet qazandıran müsabiqə keçirilir. İştirak etdim, amma qazana bilmədim”. Biz eybi yox, əsas iştirakdır,- deyib yolumuza davam edirik.

Daha bir müsahibimlə Şəhər bulvarında rastlaşıram. Valeh Ağayev ərazidə yaradılan şəraitdən razılıq edir: “Buraya yaxın ərazidə yaşayıram. Əvvəllər bulvar bizə uzaq idi. İndi isə yaxın olduğu üçün tez-tez gəlirik. Bu ərazilər əvvəllər çirkabla dolu idi. İndi abadlaşdırılıb, gözəl yaşıllıqlar salınıb. Düzdür, ağaclar hələ balacadır, amma gələcəkdə inşallah, onların kölgəsində dincələcəyik”.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 10.