Akademik Milli Dram Teatrında yeni tamaşalar

 

Müsyö İbrahim...” "Müfəttiş"

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Erik Şmidtin "Müsyö İbrahim Quran çiçəyi" adlı əsəri əsasında yeni tamaşa hazırlanır. Əsərə Sankt-Peterburqdan dəvət edilmiş həmyerlimiz, gənc rejissor Ərşad Ələkbərov quruluş verir. Tamaşanın bədii rəhbəri Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətdir.

Yeni mövsümdə premyerası keçiriləcək səhnə əsərində baş rolu - Müsyö İbrahim obrazını Xalq artisti Fuad Poladov ifa edəcək. Tamaşada əməkdar artistlər Mehriban Zəki Sabir Məmmədov, Şəlalə Şahvələdqızı S.Vurğun adına Rus Dram Teatrından dəvət edilmiş gənc aktyor Səfa Mehdi rol alacaq.

Akademik Milli Dram Teatrında Nikolay Qoqolun "Müfəttiş" komediyasına isə rejissor Mikayıl Mikayılov quruluş verir. Hazırda Novosibirskdə yaradılıcılıqla məşğul olan rejissor bu əsərə quruluş vermək üçün Bakıya dəvət edilib.

"Müfəttiş" tamaşasının da yeni mövsümdə təhvil verilməsi nəzərdə tutulub. Səhnə əsərində xalq artistləri Rafiq Əzimov, Rafael Dadaşov, Ramiz Novruz, əməkdar artistlər Sabir Məmmədov, Ayşad Məmmədov, Elxan Quliyev, Elşən Cəbrayılov, aktyorlar Nigar Güləhmədova, Şəlalə Şahvələdqızı, İlahə Həsənova, Rövşən Kərimduxt başqaları çıxış edəcək.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 5.