Türk dünyası klassik musiqisinin müasir şedevrləri

 

2015-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türkmənistanın Mərv (Marı) şəhərində iyunun 23-də türkdilli ölkələrin musiqi festivalı çərçivəsində konsert keçirilib. Türkmənistan Mədəniyyət NazirliyininTÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən festivalda Azərbaycan da təmsil olunub.

Tədbirin rəsmi qonaqları arasında Türkmənistan baş nazirinin müavini Maysa Yazmuxammedova, parlament sədri Ağca Nurberdiyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və digər rəsmilər yer alıblar.

Qazaxıstanın Əməkdar artisti, professor, dirijor Kanat Axmetova və istedadlı türkmən dirijoru Rövşan Nepesovun rəhbərliyi altında 8 türkdilli ölkədən gələn solist və musiqiçilər Mərvin mərkəzindəki “Ruhiyyət” sarayında əsrarəngiz konsert proqramı ilə çıxış ediblər.

Türk dünyası klassik musiqisinin müasir şedevrləri” adlı proqrama türkdilli ölkə bəstəkarlarının əsərləri daxil edilib və onların əksəriyyəti ilk dəfə Türkmənistan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunub. Konsertdə Qazaxıstan bəstəkarı Balnur Kıdırbekin “Aktau sarını”, Azərbaycan bəstəkarı Rauf Əliyevin “Türkmənnamə”, qırğız bəstəkarı Muratbek BeqaliyevinBayram uvertürası” səsləndirilib. Türkmənistan Simfonik Orkestrinin müşayiəti ilə solo ifalar da təqdim olunub. İstanbul operasının solisti Burçin Saviqnenin, Qırğızıstanın Xalq artisti Karimberdi Turapovun çıxışları ilə yanaşı, Azərbaycan Dövlət Opera Balet Teatrının solisti Afaq Abbasovanın ifası da alqışlarla qarşılanıb. Azərbaycanlı sənətçi konsertdə Üzeyir HacıbəylininArşın mal alanoperettasından Gülçöhrənin ariyasını oxuyub.

İyunun 25-də festivalın daha bir konserti Türkmənabad şəhərində keçirilib.

 

Mehparə

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 8.