Fransalı qonaqlar Milli İncəsənət Muzeyini ziyarət ediblər

 

Bakıda I Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş Fransa nümayəndə heyəti Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib. Muzeyin ekspozisiyası ilə tanış olan qonaqlara Azərbaycan incəsənəti, rəssamlığı barədə məlumat verilib. Sənət əsərləri ilə yanaşı, muzeyin binası, müasir ekspozisiyası qonaqlarda xoş təəssürat yaradıb.

Fransalı nümayəndələr Avropa Oyunları münasibətilə muzeydə təşkil edilən “İdman və incəsənət” sərgisi ilə də maraqla tanış olublar.

Sərgidə azərbaycanlı rəssamlar Xalidə Səfərovanın “Velosiped yarışı”, “Yaxtalar” , Ələkbər Rzaquliyevin “Güləş”, Toğrul Nərimanbəyovun “Zavod stadionu”, rus rəssamları Aleksandr Denyekan “Gənclik”, Fyodr AntonovunStadion” əsərləri nümayiş olunur.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 7.