Hamlet”i danışdıranmim”çilər

Başqa ad da tapmaq, lap eləgurultulu tamaşaçı alqışı qopdudemək olardı. Sadəcə ilk reaksiya budur: danışıqdan çox susub anlatmasına adət etdiyimiz pantomimçilər həmişəki heyrəti yarada bilmədilər. Dövlət Pantomima Teatrı kiçik, 5-6 metrlik səhnəsində illərdir, 5-6 min illik tarixi olan mətləblər hərəkətlərin dili ilə danışıb bizimlə. Bu dəfə isə bir ayrı ovqat yaşandı: “mim”çilər dilə gəldi, həm Hamlet”in lisanında. Necə gəldi, bu klassik danışıqda yeni hansı söz-hərəkət oldu, bax bunu indi ayırd etməyə çalışaq.

 

Uilyam Şekspirin məşhurdan məşhur “Hamlet” faciəsi. Əla, alqışlansın. Çünki bu əsərdə yaşamdan ölümə hər şey var. Əsas odur ki, yaxşı oxuyub oynayasan. Pantomima Teatrının istedadlı, mimləri ilə bizə ən ağır həyat mətləblərini belə sevə-sevə başa salan aktyorları onların ustadı, teatrın bədii rəhbəri baş rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə öz hücrələrində böyükHamlet”ə meydan verdilər.

Sadə, daha doğrusu, zil qara səhnə, ortada qoyulmuş qırmızı məxmər kürsü bizi prosesə fokuslayan musiqi işıqlar.

Uğurlu baxışdır. Qaranlıq səhnə ilə faciənin məkanı qısa yolla vurğulanır. Dar səhnəyə dərinlik vermək tamaşaçını əsas ideyaya kökləmək baxımından bupriyoməla düşünülüb. Qara səhnə, bütün tamaşa boyu tam qara geyinmiş aktyorlar ruhları daraltmır, darıxdırıcı deyil, əksinə, tamaşaçını əlavə detallarla yormur. Bu qaranlığı daha təsirli etmək yaxşı təsvirləmək üçün tütək səslənir, arabir lap uzaqdan kilsə zəngi çalınır. Yəni hamı, hər şey sona doğru son cığırdadır. Sanki zahirdə batində bitmiş, dağılmış, məhvə yuvarlanmışmənvar orda.

Budur, bu cığırın ilk yolçusu görünür. Addım səsləri eşidilir Horatsio (Əli Əlizadə) eynəyini taxıb qara kitabdan qara düşüncələrlə deklamasiya edir. Özünə, dağınıq fikirlərinə, kənardan qorxaq, fağır, bəlkə rəzil kimi görünən bədəninə, ondan uzaq düşən ruhuna ikrahla parçanı bitirir sözlər... sözlər... sözlər...” deyib kitabı yerə atır. Oxuduğuna, özünə, göz önündən keçirdiklərinə qəzəb, ikrah, bir az da etinasızlıq qorxusu ilə kürsünün yanına çökür fleytasını çıxarıb barmaqlarını onun dəliklərində gəzdirməklə qəmli nota köklənir. Birdən işıqlar sönür yandıqda biz eyni vəziyyətdə Hamleti (Azər Axşam) görürük.

Bununla rejissor bizə hadisələrin əslində Horatsionun xatırlamasından göstərildiyini deyir. Buna qədər ehtiyac var bilmirəm, amma keçid kimi pis deyildi. Ən azı səthilik yox idi bizə Hamletin yaxın dostu sirdaşını, ruh həmsöhbətini əvvəldən vurğulamaq istədi.

Hamlet ilk andan obrazındadır. O, işıqların altında boğulur, özünün dağınıq fikirlərində, rəzil yaşantılara qurban vücudunda sıxılır. Haqlıdır da. Anası Gertruda kral atasının ölümündən az keçmiş qatil, xəyanətkar əmisinə - Klavdiyə ərə gedib. O, hər kəsə nifrətdə, intiqam hissində, ikrahında, məşəqqətində, üsyanında haqlıdır. Saray əyanlarının dəli, axmaq, yelbeyin kimi gördüyü adam olaraq özünü ilk növbədə elə özünə sübuta ehtiyacı var.

Tamaşa ləng başladığından bütün bu mətləblər Azər Axşamın zəif vücudunda çulğandığından tamaşaçı bir az darıxdı. Əslində, bütün tamaşa boyu Hamletə fokuslanma, bütün aktyorların ondan keçib onun oyunundailişməsikənardan bir az cansıxıcı görünürdü. Ümumi ampluada hər aktyor öz oyununu oynayırdı, təbii. Amma ümumilikdə səslərinin ahəngi hərəkətlərinin ritmsizliyində çaşqınlıq, yoruculuq yaradırdı.

Ayrı-ayrılıqda oyun iştirakçılarının ifasını analiz etdikdə bu mənzərə daha aydın görünür: hər şey Hamlet üçün...

Məsələn, ona sevgi səadətinin sədaqətinin saxta nümayişində israrlı Ofelya (Solmaz Bədəlova) çaşqındır, təsirsizdir, yumşaq dildə desək, sadəcə icraçıdır. Gözəl qadın emosiyasız ifadəsizdir. Özünü , tərəf-müqabilini , tamaşaçını da darıxdırır, replikalarının bitməsi intihar sonucunda yerə sərilməsi ilə canını qurtarır.

Rozenkrans (E.İsmayılov) Gildenstern (C.Dadaşov) saxta, alçaq, ruhsuz qəhrəmanlarını ifada tempi tuta bilirlər. Onlar daha çox səhnədə görünməyə hesablandıqlarından bunu yaxşı bacarırlar. Gözəl cazibədar Gertrudanın (Səbinə Hacıyeva) oyununda isə ananın faciəsi, xəyanətkar qadının yaşantıları, rəzil acı sonluq onun ifasında təsirli alınır. Səs tembri, diksiyası - sanki robot danışır sən səbrini basaraq o robotun son göstərişi icra edib susmasını, getməsini gözləyirsən...

İşıqlı, eşidilən görülən ifalar da var tamaşada. Yamsılama, az qala tipik eyniyyət olsa belə, tamaşaçıda saray yaltağının modelini yaradan bunu - yəni obrazlardan seçkiliyini qəribə bir uşaq sevinci ilə tamaşaçıya ötürən Poloni (Nurlan Rüstəmov). Fərqli duyumda Bəhruz Əhmədlinin Laerti təsirli, səmimi baxımlı idi. Xüsusilə döyüş səhnəsində. Əslində, məhz bu səhnə tamaşaçı üçün daha yaddaqalan cəlbedici, təsirli idi.

Əli Əlizadənin Horatsiosu isə etdiyini bilir, obrazının yaşantısını duyaraq çatdırırdı. Hərəkətlərini, dostunun faciəsinə yanğısını ifadəsində səmimi idi.

Hiyləgər kral Klavdi (Əməkdar artist Elman Rəfiyev) isə əsl obrazında idi, kralın daxilinə girə bilmişdi. Yalan hiylələrində, riya saxta hislərində təbii baxımlı idi. Gələk bizim Hamletə. Azər Axşamın qəhrəmanı faciəsində real vəziyyətini yaşadı. Çoxdandır səhnələrdə, obrazda görmədiyim aktyor faciəsinin müqabilində oyun göstərə bildi. Ağlamağı, hayqırmağı, qəzəbi nifrəti bol olan oyunda tamaşaçıya qarışıq hislər ötürdü. Ən əsası, nəyi niyə oynadığını göstərdi.

Tamaşada baş rejissorun uğurlu səhnələrindən biri maskalarla, dinamik musiqi ilə müşahidə olunan tələ, qətl səhnəsi idi. Hamletin istədiyi bu səhnəni ifa edən aktyorlar əsas sirrin - Hamletin atasının qatillərinin üzünü açdı bundan sonra tamaşa ta axıradək öz dinamikasını qoruyub saxlaya bildi. Bir saat yarımdan artıq sürən tamaşanın ləng hissələri bundan sonra özünü ritmik ahəngə köklədi.

Bütün ölənlərin - təbii ki, baiskar Hamletdir - səhnəyə səpələnməsi beləcə olumla ölüm arasındakı ani məsafə maraqlı həll olunmuşdu.

Tamaşa Horatsionun deklamasiyası ilə başladığı kimi bitir: “sözlər... sözlər... sözlər...” Bir yığın tamaşaçını yox içində varlığa inandırmağa çalışan “Hamlet” susqun baxışlarla qapqara pərdənin arxasına keçdi beləcə bir romantik arzu ilğımlandı: insan istərsə...

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 6.