Ağdam Dram Teatrında yeni tamaşa

 

Əbdürrəhim bəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı "Çarəsiz evlənmə" adlı yeni tamaşasını təqdim edib. Yazıçı-dramaturq Arif Mədətovun eyniadlı pyesi əsasında hazırlanan tamaşa qastrol səfərlərində də oynanılacaq.

Bu, Ağdam Dövlət Dram Teatrı tərəfindən 2015-ci ilin birinci yarısında tamaşaçılara təqdim olunan üçüncü səhnə əsəridir. İlin əvvəlindən kollektiv Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir?" və serb yazıçısı Miroslav Mitroviçin "Gecəyarısı soyğunçuluq" əsərlərini də səhnələşdirib.

Hazırda yaradıcı heyət fransız şairi və yazıçısı Şarl Perronun "Sehirbaz qadın" əsərinin səhnələşdirilməsi üzərində çalışır.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 6.