Gənc Tamaşaçılar TeatrındaBiri vardı, biri yox

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start verilib.

Şair-publisist, tərcüməçi Əjdər OlunBiri vardı, biri yoxpyesi əsasında hazırlanan eyniadlı tamaşaya teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verir. Quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Məryəm Əlibəyli, rəqslərin quruluşçusu Səbinə Məmmədovadır.

Səhnə əsərində Müşfiq Əliyev, Mirzəağa Mirzəyev, Natiq Fərzəliyev, İradə Rəşidova, Zümrüd Quliyeva, Səbinə Məmmədova, Venera Abbasova, Anar Səfiyev, Vahid Orucoğlu, Elgün Yəhyayev, Ramil Məmmədov, Xəyal Salahov iştirak edəcəklər. Tamaşanın yeni teatr mövsümündə təhvil verilməsi nəzərdə tutulur.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 5.