Avropa Oyunları Azərbaycanı dünyada tanıdır
İyunun 24-də “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi (İB) Avropa Oyunlarında idmançılarımızın qələbələrinə həsr edilən tədbir keçirib.
Birliyin sədr müavini Həbib Misirov tədbiri açaraq bu günlər beynəlxalq idman bayramı ilə bağlı ölkəmizdə böyük coşqu yaşandığını vurğulayıb.
Filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə dünyada ölkəmizin nüfuzunun daha da artacağını söyləyib. O, idmançılarımızın yarışlarda uğurlu iştirakından söz açaraq bu qələbələrin davamlı olacağına inandığını deyib.
Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə
birinci Avropa
Oyunları Təşkilat Komitəsinin çox
uğurlu fəaliyyəti nəticəsində
Azərbaycan Avropa Oyunlarına yüksək
səviyyədə hazırlığı ilə yeni standartlar ortaya qoydu. Minlərlə
qonaqlar, turistlər tamaşaçı
qismində Oyunları izləməklə yanaşı, həm
də sülhsevər xalqımızın adət-ənənələri
ilə tanış olurlar.
Mədəniyyət.- 2015.- 26 iyun.-
S. 5.