İlk milli atıcı diviziyasının yaradıcısı

 

İyunun 23-də Goranboy rayon Mərkəzi kitabxanasında görkəmli hərbi xadim, general Cəmşid Naxçıvanskinin 120 illiyinə həsr olunmuş “Azərbaycanın ilk milli atıcı diviziyasının yaradıcısı” adlı dəyirmi masa keçirilib.

Kitabxananın direktor müavini N.Abdullayev Azərbaycan Respublikası Prezidentinin C.Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında məlum sərəncamından söz açıb, Azərbaycan hərbi tarixində sərkərdənin xidmətlərindən danışıb.

Tədbirdə mövzu ilə bağlı məruzələr dinlənilib. Çıxış edənlər Azərbaycanın hərb tarixində iz qoymuş insanların, tanınmış generalların zamanın sınaqlarından keçən ömür yolunun bugünkü və gələcək nəsillər üçün örnək olduğunu vurğulayıblar. Sonda tədbir iştirakçıları C.Naxçıvanskiyə həsr olunmuş sərgi ilə tanış olublar.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 4.