Elektron elmin inkişafına dair plan təsdiqlənib

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üzrə elektron elmin inkişafına dair Fəaliyyət Planı təsdiqlənib. Planda Azərbaycanın milli elm təhsil şəbəkəsinin (“AzScienceNet”) inkişaf etdirilməsi, AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisə təşkilatların şəbəkənin elektron infrastrukturu üzərindən qabaqcıl şəbəkə texnologiyaları xidmətlərlə təminatı digər istiqamətlərdə tədbirlər nəzərdə tutulub. Sənəddə həmçinin akademiya üçün müxtəlif təyinatlı informasiya sistemlərinin yaradılması, elektron elmin populyarlaşdırılması təbliğat işinin aparılması, informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsi, əməkdaşların beynəlxalq elmi bazalara çıxışının təmin edilməsi istiqamətində işlər yer alıb.

 

Mədəniyyət.- 2015.- 26 iyun.- S. 3.