“Yaxşı ki, sən varsan, ay sədəfli saz!”
İdman şöləninə həsr olunmuş böyük aşıq konserti
Bakıda
keçirilən I Avropa Oyunları
müddətində Mədəniyyət və Turizm
Nazirliyinin yerli sakinlər
və ölkəmizə gələn turistlər üçün təşkil etdiyi
konsert proqramları davam
edir.
İyunun 25-də Heydər Əliyev Sarayında bu silsilədən növbəti musiqi axşamı keçirildi. Azərbaycan Aşıqlar Birliyinin iştirakı ilə təşkil olunan “Yaxşı ki, sən varsan, ay sədəfli saz!” adlı konsertdə aşıq sənətinin tanınmış nümayəndələri çıxış etdi. Konsertin maraqlı və kifayət qədər geniş proqramı tərtib edilmişdi.
"Rasimlər" folklor qrupu "Azərbaycanım"
mahnısını təqdim etdi. Əməkdar
mədəniyyət işçisi
Əhliman Rəhimovun ifasında "Azərbaycan
idmançıları", Əməkdar mədəniyyət
işçisi Ədalət Dəlidağlı
və Dəmir Vəliyevin təqdimatında "Göyçə
gözəlləməsi" səsləndi. Əməkdar
mədəniyyət işçisi Nemət
Qasımlı "Ruhani" aşıq
havasını ifa etdi.
Mədəniyyət.- 2015.- 26 iyun.-
S. 2.
Həmçinin proqramda əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Solmaz Kosayeva "Qəhrəmanlar", əməkdar mədəniyyət işçiləri Ulduz Quliyeva və Azər Fərmayıloğlu "Cəlili", Telli Borçalı və İlham Aslanbəyli "Səyyadı" havaları ilə çıxış etdilər.
Gecədə həmçinin Cahangir Quliyev, Zülfiyyə İbadova, Fəzail Miskinli, Əli Tapdıqoğlu, Avdı Musayev və digər aşıqların da ifaları dinlənildi.
Zəngin ənənələri olan, yaşı minilliklərlə ölçülən Azərbaycan aşıq musiqisinin rəngarəng təqdimatı tamaşaçıların alqışları ilə qarşılandı.
Fariz Hüseynov