“Baku Guide” bələdçi
kataloqunun mart sayı çapdan çıxıb
“Su çərşənbəsi”ndə
donmuş sular, çaylar hərəkətə
gəlir, “od çərşənbəsi” təbiətdə
hərarətin yarandığını
göstərir. Sonra “yel çərşənbəsi”
gəlir - bu, qarşıdan gələn
yeni ilin mehidir. Nəhayət, ilaxır çərşənbələrin
dördüncüsü “torpaq
çərşənbəsi” - şaxtalı qışdan
sonra canlanan torpağın simvolu, Novruzun son müjdəsidir”.
Azərbaycana gələn turistlərin,
paytaxtımızın qonaqlarının
bələdçisinə çevrilmiş
“Baku Guide” kataloqunun mart sayında
xalqımızın tarixi
minillərlə ölçülən
müqəddəs Novruz
bayramına xüsusi yer ayrılıb. Nəfis tərtibatda
işıq üzü
görən nəşrdə
milli bayramımız haqqında dolğun məlumat verilir, Novruz ənənələrindən
söz açılır.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət”
qəzetinin əlavəsi
olaraq nəşr edilən bələdçi
kataloqunun sayı da turistlər, aktiv istirahət həvəskarı olan paytaxt sakinləri üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda
yazılarla zəngindir.
Paytaxtımızın ev
sahibliyi edəcəyi
I Avropa Oyunlarına hazırlığın gedişi
barədə sualları
“Bakı 2015” Əməliyyat
Komitəsinin əməliyyatlar
üzrə baş direktoru Saymon Kleq cavablandırır.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrdə
şəhərimizin mədəni
və işgüzar həyatı, mart ayında
nəzərdə tutulan
müxtəlif tədbirlər
haqqında məlumatlar,
teatr və konsert müəssisələrinin
repertuarı, muzey və sərgi salonlarının, əyləncə
mərkəzlərinin afişası
oxuculara təqdim olunur.
Yerli və xarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Kinoafişa bölməsində paytaxtın kino mərkəzlərində yayımlanan
filmlər və onlar haqqında qısa məlumata yer verilib.
“Bakı bulvarında
gəzinti” adlı məqalə şəhərimizin
qonaqlarında dolğun
təəssürat yaratmaqla
yanaşı, onları
möhtəşəm Dənizkənarı
Milli Parkın gözəlliyini yenidən
kəşf etməyə
sövq edəcək. “Ginnesin
rekordlar kitabı”na düşən Miniatür Kitab Muzeyindən reportaj da oxucuların marağına səbəb
olacaq. “Azərbaycan mətbəxi” rubrikasını
oxuyanlar milli şirniyyatımız şəkərburanın
hazırlanma qaydası
ilə tanış
olacaqlar.
Turistlər üçün informasiya
bölməsində onları
maraqlandıra biləcək
suallar ətraflı cavablandırılır. Kataloqda
həmçinin şəhərdəki
hotel, restoran, ticarət
və əyləncə
məkanları, turizm
agentləri, aviakassalar
və s. barədə
məlumatlar yer alıb.
Mədəniyyət.- 2015.- 16 mart.- S.
16.