Gerçək “Sənət hekayələri”

 

Hər dəfə Mustafa Çəmənlinin yaddaşı çiçəkləyəndə meyvəsi kitab olur

 

Bu dəfə tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin yaddaşında 35 ilin xatirələri çiçəklədi. Elə bil uzaq illərin yazı Mustafa Çəmənlinin yaddaşında çiçək açmağa fürsət gözləyirmiş. Mədəniyyətimizdə, incəsənətimizdə xidmətləri olan sənət adamlarının ən zərif xatirələri, pünhan sirləri, tarixin dolaylarında it-bata düşmüş yaddaş çiçəkləri bir araya gəlib Mustafa Çəmənlinin qələmində yenidən dirildi.

 

Kitab sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Səsləri əbədiləşdirmək istedadı” adlı ön sözüylə açılır və Mustafa Çəmənli oxucularını könül ziyafətinə dəvət edir.

Mustafa Çəmənlinin yaddaş barədə düşüncələri yağış kimiYaddaşdan yaddaşımıza yağır: “Yaddaş - bir teşt buğdanı başı üstə qaldırıb: “Yel baba, yel baba, yel göndər” - deyə meh gözləyən adam kimidi, adi sözdən, mehriban bir təbəssümdən oyanar, çiçəkləyər”.

Yaddaş” yaddaşımızın künc-bucağında gizlənmiş zərif duyğuları, unutmağa çalışdığımız, amma unuda bilmədiyimiz səsləri, mənəvi dünyamızda işıq saçan sənət fədailərinin portretlərini, yaxın keçmişimizin şirin xatirələrini, Qarabağın ətir saçan günlərini, zamanın burulğanlarına tuş gəlmiş sənətkarların tale hekayətlərini günümüzə daşıyır.

“O gecəni heç vaxt unutmaram. 1984-cü il, aprelin son gecəsini! Ona görə yox ki, o gecə ayaqlarım torpaqdan üzülmüşdü, relslərin üstü ilə nəfəs dərə-dərə Qarabağa yortan qatarın bir gecəlik sakini olmuşdum. Yox, səbəb bu deyildi, belə səfərlərim birinciydi, yəqin ki, sonuncu olacaqdı. O gecəni ona görə unutmayacağam ki, o gecə mənim yaddaşım çiçəkləmişdi...”

Yaddaşbelə başlayır. Hünərin var, sonrasını oxuma! Müəlliflə birlikdə Ağdamda qatardan düşüb Uzundərədən keçəcəksən, Abdal-Gülablıda Aşıq Valehin kəndinə gedəcəksən, bir zamanlar yaşamış Yaxşı nənənin yaddaşından düşən xatirələri bir-bir yığışdırıb Abdal Qasımın, Aşıq Abbasqulunun, Aşıq Nəcəfqulunun ruhu hopan o yerlərinin havasını ciyərinə çəkəcəksən, Xındırıstandan ötüb - Çəmənlidə - Hatəmxan ağanın yurdunda qonaq qalacaqsan. “XVIII-XIX əsrlərdə yaşamış Hətəmxan ağa Qarabağda şöhrət tapmış nüfuzlu şəxsiyyət idi. Çəmənli Hətəmxan ağa Qarabağda qonaqpərvər şəxs kimi tanınmışdı. Mirzə Fətəli AxundzadəninMüsyö Jordan dəvriş Məstəli şahəsərindəki Hətəmxan ağa surəti Çəmənli Hatəmxan ağanın yaxud onun nəvəsi Məşədi Hatəmxan bəyin prototipidir”.

Mustafa Çəmənli zaman müstəvisində sənəti sənətkarı bütün halıyla gün işığına çıxaran, tarixləşdirən SÖZ ADAMIDI. Təsadüfi deyil ki, Mustafa Çəmənlinin hər hekayəsinin öz rəngi, öz səsi, öz musiqisi var. “Yaddaşbaşdan-başa yaşıl rəngdədi. Fon musiqisi bəlli - “Uzundərə”. Muğam aşıq havacatları da öz yerində. Acı günlərin kədəri, yaxşı günlərin xatirəsi sabaha ümid...

KitabdaÜrəyimdə qalan sözləressesini Mustafa Çəmənli Üzeyir bəy Hacıbəyliyə həsr edib. Bəlkə Üzeyir bəylə bağlı bugünəcən heç yerdə işıq üzü görməyən maraqlı faktlar müxtəlif sənətkarların yaddaşından birbaşa bu yazıya süzülüb.

Xalq ruhunun Bülbülü”, “Müslüm Maqomayevi xatırlayarkən”, “İlk Azərbaycan rəqs ansmblı”, “Keçməkeçli bir ömür”, “Xalq musiqisində müharibə ovqatı”, “MuğamlarımızdaBayatgizlincləri”, “O illərin nəğmələri onlarca sənədli hekayələr sənət adamlarının sənətinə güzgü tutur.

İkinci bölümSənət hekayələriadlanır.

Müəllif yazır: “Küçə ilə üzüaşağı gedirdim. Hara gedirdim, kimin yanına gedirdim, heç özüm bilmirdim. İxtiyarsız olaraq hər evin qabağında ayaq saxlayırdım, işıq gələn pəncərələr görəndə ümidim artırdı”. Bu ümidlə Mustafa Çəmənli 9 ürəyin qapısını döyür, 9 hekayə dinləyir 9 sənət hekayəsi yazır. Bu hekayələr illər sonra əbədiləşib 9 sənət incisi kimi ölümsüzlük qazanır.

“Səs qərib olmur”, “Borc”, “Şur” dərsi”, “Nəğməli xatirələr”, “Oxu, gözəl”, “Son görüş”, “Mənsuriyyə” harayı”, “Rastda yaşanan ömür”, “Azad bir quşdum” hekayələri Azərbaycan ədəbiyyatında sənət hekayələrinin ən gözəl nümunələrindən sayılır.

Mustafa Çəmənli bu hekayələri dupduru dillə yazır. Hekayələr bir içim su kimi içilir. Müəllif zamandan zamana, vaxtdan vaxta çox rahatlıqla gəzişmələr edir. Axı sənət, sənətkar üçün zaman? Sənət tükənməyən sərvətdir, zaman keçdikcə qiyməti birə-on artır. Sənətlə bağlı xatirələr belə heç vaxt unudulmur...

Kitabdakı üçüncü bölümPortret-esselər”di. Tanıdığımız sənətkarların tanımadığımız tərəfləri, mənəvi dünyaları ilə birlikdə oxuculara təqdim olunur.

Mustafa Çəmənli səsin rəngini, sözün hərəkətini, zamanın nəfəsini görən, duyan, canlandıran yazıçıdır. Ayrı-ayrı fəsillərə bölünmüş, ayrı-ayrı qəhrəmanların həyat hekayələrindən bəhs edən bu kitab əslində gözəgörünməz bağlarla bir-birini tamamlayan sənədli romanın fəsilləridir.

Sənət hekayələri”ndə yazıçı Mustafa Çəmənliylə publisist Mustafa Çəmənli qarşılaşır, heç biri öz cəbhəsindən bir addım geri çəkilmir, nəticədə çox mükəmməl bir kitab işıq üzü görür. Sənət hekayələrihəm əslində yazıçı Mustafa Çəmənliylə publisist Mustafa Çəmənlinin birləşdiyi, bütövləşdiyi yerdi.

Sənət hekayələrimənəvi dünyamızda payı olan sənət adamlarının sözdən hörülmüş mədəniyyət abidəsidir. buna görə müəllifə təşəkkür etməyə dəyər.

Ən böyük təşəkkürün bir ünvanı da Mədəniyyət Turizm Nazirliyidir. Mədəniyyətimizə incəsənətimizə güzgü tutan bu qiymətli kitab 2014-cü ildə nazirliyin sifarişi ilə çap olunub. Sənət dünyamızın gözəlliklərini nəsildən-nəslə, əsrdən-əsrə yaşatmaq üçün.

 

Təranə Vahid

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 15.