Xəzər Universitetinin elektron arxivi ölkə üzrə birinci olub

 

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin elektron arxivi 2015-ci ilin yanvar ayına görə dünya universitetlərinin beynəlxalq informasiya resursları reytinqində (“Webometrics Ranking of World Universities”) Azərbaycan üzrə birinci olub.

Mərkəzin direktoru Gülşən Mehdiyevanın sözlərinə görə, vebometrik reytinq 220 universitet araşdırma mərkəzinin elektron arxivlərini (repozitori) əhatə edib. G.Mehdiyeva qeyd etdi ki, ölkəmizdə elektron arxiv ilk dəfə 2008-ci ildə Xəzər Universitetində yaradılıb: “Artıq Azərbaycanın digər universitetlərində elektron arxivlər yaradılıb inkişaf edir. Elektron arxivlərin yaranması sevindirici haldır, bu o deməkdir ki, gələcək reytinqlərdə rəqabət daha da artacaq”.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 14.