Od çərşənbəsi
aydınlığa inamdır
Oda inam insanın təbiətə olan inamından irəli gəlir. İnsan dünyada onu yaşamağa ruhlandıran, inandıran təbiət hadisələrinə inanmağa özünü borclu bilir. Belə olmasa, o, dünyada yaşaya bilməz. Bu baxımdan ulularımızın tapındığı dörd müqəddəs ünsür - su, od, yel, torpaq və bunların birliyindən, qarşılıqlı münasibətlərindən yaranan canlı aləm, təbiət insanın əbədi inam qaynağıdır.
Novruza sayılı günlər qalır. Ötən axşam (3 mart) qeyd etdiyimiz ilaxır çərşənbələrdən ikincisi od çərşənbəsi idi.
Od insan üçün sirli, cazibəli varlıqdır.
O, insanı ofsunlayır,
özünə çəkir,
mənəvi və maddi baxımdan onun həyatında qaçılmaz yer tutur. Odun əldə edilməsi
insanlar üçün
çox böyük tapıntı, yaşamın
indiki duruma gəlib çıxmasında
əvəzsiz bir vasitə olub.
Türklərin əski dünyagörüşündə
odun ayrıca, bənzərsiz yeri var. Babalarımız oda inamı müqəddəslik
səviyyəsinə qaldırmış,
mənalandırmışlar. Türk düşüncəsində
odun başlıca olaraq işıq və istilik keyfiyyətləri uca tutulub. Əski azərbaycanlıların düşüncəsində
od işıq
qaynağı olaraq qaranlığı yarır,
insanı aydınlığa
çıxarırdı. İndiki texniki
imkanların olmadığı
çağlarda günəşin
hər gün doğması insanları uzun gecələrin cansıxıcı əzabından,
qaranlığından qurtarır,
yaşama daha da inandırırdı.
Odun istilik mahiyyəti də insan üçün qaçılmaz olub, indi də belədir. Bu gün də kainatda yaşamımız
üçün təbii
işıq və istiliyin başlıca qaynağı olan günəşin hər gün doğmasını,
bizi aydınlığa
çıxarmasını, isindirməsini istəmirikmi?
Ən çağdaş texnoloji
imkanlar şəraitində
belə qışın
sərt soyuğundan bezib günəşli günlər arzulamırıqmı?
Novruz adət-ənənələrinə görə, od
çərşənbəsində insanlar ölənlərinin
qəbri üzərinə
gedərək şam yandırıblar. Hər bir
evdə odun rəmzi olan bayram tonqalı qalanıb. Çərşənbələrdə və Novruz
bayramında qalanan tonqalların üzərindən
hər bir insanın atlanması vacib sayılıb. Bununla insanlar inanıblar ki, odun üstündən
atlanarkən onlardakı
bütün pisliklər,
uğursuzluqlar, bəxtsizliklər
- hamısı odda yanaraq yox olur,
içəridən daha
da arınır, qıvraqlaşırlar. Beləliklə, əzəldən insanın
oda olan inamı, sevgisi başlıca olaraq qaranlığı qovan, yoxa çıxaran işığa, aydın səmaya olan inamdır.
S.Soltanlı
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 14.