Gənclər Kitabxanasında anım tədbiri

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı dəyirmi masa keçirilib. Kitabxananın direktoru Tahir Sadıqov, professor Nizaməddin Şəmsizadə, Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək İctimai Birliyinin sədri Tofiq Əlizadə və digər çıxış edənlər Xocalı soyqırımından, mənfur ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərdən danışıblar. Sonda “Əsrin qan yaddaşı” adlı kitab sərgisinə baxış keçirilib.

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 14.