Turizm və Menecment Universitetində Dil Mərkəzi açılıb
Fevralın 27-də Azərbaycan Turizm və Menecment Universitetində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GİZ) təşəbbüsü, Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzinin (CİM) maliyyə
dəstəyi ilə Dil Mərkəzinin açılışı olub.
Mərasimdə Almaniya, Misir, İtaliya, Meksika və Kolumbiyanın ölkəmizdə fəaliyyət
göstərən səfirliklərinin
nümayəndələri iştirak
ediblər. ATMU-nun rektoru,
professor Cəfər Cəfərov mərkəzin
təhsil ocağının
həyatında əhəmiyyətli
rol oynayacağına əminliyini bildirib.
Almaniya Beynəlxalq Əməkdaşlıq
Cəmiyyətinin nümayəndələri,
Beynəlxalq Miqrasiya və İnkişaf Mərkəzi tərəfindən
ATMU-ya ezam olunan əməkdaşlar
Julius Arnegger və
Karla Ramirez öz çıxışlarında
diqqətə çatdırıblar
ki, müasir ali təhsil
sistemində dil mərkəzlərinin əhəmiyyəti
çox böyükdür.
Mərasimdə J.Arnegger və
K.Ramirezə universitetinin
rektoru tərəfindən
təşəkkürnamə təqdim olunub.
Məlumat üçün bildirək
ki, ATMU Dil Mərkəzinin fondunda hələlik müxtəlif
dillərdə nəşr
olunan 600 nüsxədən
çox kitab var.
Fəxriyyə
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 9.