Uğura aparanYol

 

Gənc rejissorun filmi İranda beynəlxalq festivalın qalibi olub

 

Beynəlxalq festivallarda mükafata layiq görülən kinematoqrafiya nümunələrimiz sırasına biri əlavə olunub. Bu dəfə Azərbaycanın ağrılı dərdindən, Qarabağdan bəhs edən film uğur qazanmaqla xalqımızın müharibə işğal yaşantılarını əcnəbi sənət dünyasına çatdırmış oldu.

 

Gənc rejissor Fehruz Şamıyevin quruluş verdiyiYolfilmi İranın paytaxtı Tehranda keçirilən IX “Ruyeshbeynəlxalq qısametrajlı film festivalının mükafatına layiq görülüb. Ölkənin ən böyükSinema Azadikino mərkəzində gerçəkləşən festivalda ölkəmizlə yanaşı, Almaniya, Fransa, Belarus, Koreya, Yaponiya kimi ölkələrin filmləri iştirak edib. İki beynəlxalq bir yerli olmaqla üç proqramdan ibarət festivalda dünya islam ölkələri kino nümunələri nümayiş olunub. Fehruz ŞamıyevinYolfilmi festivalınMüsəlman ölkələriproqramında qalib olub. Rejissorun bildirdiyinə görə, “Müsəlman ölkələriBeynəlxalqproqramında 10, “Yerliproqramda isə 20 film yarışıb: “Beynəlxalqproqramın qalibi Livan istehsalı olan animasiya filmi oldu. Yolfilmi fevralın 26-da, Xocalı soyqırımının 23-cü ildönümündə nümayiş olundu. Filmdə baş qəhrəmanlardan biri Qarabağda doğulmuş, uzun müddət Bakıda yaşayan professordur. Onun ölüm ayağında hər şeyi gözə alıb işğal altındakı doğma kəndə getməsi hər bir azərbaycanlı dünya üçün çox mühüm mesajdır. Bunu mükafatı alan zaman çıxışımda da söylədim, indi deyirəm. Filmə verilən bu mükafatı Xocalı soyqırımında amansızlıqla qətlə yetirilən 613 həmvətənimizin adına qəbul etdim”.

Festivala müxtəlif ölkələrdən kino xadimləri, eləcə tamaşaçılar tərəfindən böyük maraq olduğunu deyən F.Şamıyev tədbirin yeni kino əlaqələrinin qurulması baxımından önəmini vurğuladı: “Moskva Tokio film festivallarının qalibi, Kann festivalının xüsusi mükafatının sahibi Rza Mirkərimi, sonuncu “Kazan” festivalında mükafat alan Salam Salavati, eləcə digər ölkələrin kino xadimləri ilə görüşümüz birgə layihələr barədə müzakirələrimiz oldu. Soydaşımız Rza Mirkərimi məhz Azərbaycan filminin mükafat almasına sevindiyini vurğuladı”.

Qeyd edək ki, yazıçı-dramaturq Elçin HüseynbəylininGözlərimə gün düşürhekayəsinin motivləri əsasında çəkilənYolfilmi Mədəniyyət Turizm Nazirliyinin “Bu meydan, bu ekranmüsabiqəsinin qalib layihələrindən biridir. “Cinema” Mərkəzi Öz film”in istehsalı olan filmin ssenari müəllifləri Fehruz Şamıyev, Elçin Hüseynbəyli, operatoru Rəşad Nuriyev, rəssamı Şahin Həsənli, bəstəkarı Firudin Allahverdidir. Baş rolları Qabil Quliyev, Rauf Şahsuvarov canlandırıb.

 

Həmidə

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 8.