Xocalı faciəsi qurbanlarına
ithaf
Professor Firəngiz Əlizadənin
müəllif konserti
Fevralın 27-də Azərbaycan
Dövlət Filarmoniyasında
Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin müəllif
konserti keçirildi.
Xocalı faciəsi qurbanlarının
xatirəsinə həsr
edilmiş tədbirdə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, dövlət və hökumət rəsmiləri,
mədəniyyət və
incəsənət xadimləri,
ictimaiyyət nümayəndələri
iştirak edirdi.
Əvvəlcə Firəngiz Əlizadənin
yaradıcılığını əks etdirən videoçarx nümayiş
olundu.
Tədbirdə çıxış edən
musiqişünas Jalə
Qulamova bəstəkarın
yaradıcılığı barədə söz açdı. Qeyd etdi ki, Firəngiz Əlizadə ölkəmizi dünyada tanıdan görkəmli bəstəkarlardandır. O, UNESCO-nun “Sülh artisti” fəxri adına
layiq görülmüş
yeganə azərbaycanlıdır.
Bəstəkarın əsərinin yer
aldığı musiqi
albomu bu yaxınlarda “Grammy” mükafatına
layiq görülüb.
Sonra söz musiqiyə verildi. Bəstəkarın “Şüştər” muğamı
üstündə simli
orkestr üçün
yazdığı “Metamorfozlar”
əsəri və “İntizar” operasından parçalar səsləndirildi.
Əsərləri Əməkdar
incəsənət xadimi
Fəxrəddin Kərimovun
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Simfonik Orkestrinin müşayiətində
solistlər - əməkdar
artistlər Səbinə
Əsədova, Əkrəm
Poladov və Gülnaz İsmayılova ifa etdilər.
Fariz Hüseynov
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 5.