Bələdçi hazırlığı ilə bağlı görüş

 

Son illərdə müxtəlif xarici ölkələrdən Azərbaycana gələn turist sayının artması ayrı-ayrı dillərdə danışan bələdçilərə daha çox ehtiyac yaradır. Azərbaycan Dillər Universitetində ingilis, fransız, alman, italyan, ispan və digər dillər üzrə təhsil alan və bələdçilik fəaliyyətinə həvəs göstərən 4-cü kurs tələbələrinin seçilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti mütəxəssislərinin, eləcə də peşəkar bələdçilərin iştirakı ilə görüş təşkil olunub.

Görüşdə nazirliyin, Azərbaycan TurizmMenecment Universitetinin, Azərbaycan Dillər Universitetinin əməkdaşları və peşəkar bələdçilər iştirak ediblər. 70 tələbənin qatıldığı tədbirdə bələdçilik peşəsi və Azərbaycan TurizmMenecment Universiteti nəzdində fəaliyyət göstərən bələdçi-tərcüməçilər haqqında geniş məlumat verilib. Bələdçi-tərcüməçi kurslarına cəlb olunacaq gənclər qarşıdan gələn I Avropa Oyunlarında qonaqlara keyfiyyətli bələdçilik xidmətinin göstərilməsinə töhfə verəcəklər.

 

Mədəniyyət.- 2015.- 4 mart.- S. 4.