Azərbaycan
Konqreslər Bürosu İstanbul
sərgisində
Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu 26-28 fevral tarixində İstanbulda keçirilən "ACE of MICE 2015" - konqres, görüş və tədbirlər sahəsi üzrə beynəlxalq turizm sərgisində iştirak edib.
Büro beynəlxalq işgüzar turizm bazarında önəmli yer tutan "ACE of MICE" sərgisinə ilk dəfə olaraq öz stendi ilə qatılıb.
Sərgi zamanı 100-dən çox görüş keçirilib. Azərbaycanın turizm sahəsinə maraq göstərən alıcılar əsasən Türkiyə, Rusiya və Mərkəzi Avropa ölkələrini təmsil edib.
Bu il
"ACE of MICE 2015" sərgisində
ümumilikdə 170-dək şirkət, 600 təcrübəli
alıcı və 10 minə yaxın peşəkar ziyarətçi
bir araya gəlib.
Mədəniyyət.- 2015.- 4 mart.-
S. 3.