Xalq şairinin
yubileyinə həsr olunmuş şeir gecəsi
Martın
3-də Şabran rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemində Xalq şairi Zəlimxan Yaqubun 65 illik
yubileyinə həsr olunmuş “Mən öz dastanımı
yazıb gəlmişəm” adlı şeir gecəsi
keçirilib. Tədbirdə 4 saylı məktəbin
müəllim və şagirdləri iştirak
edib. Məktəbin dil-ədəbiyyat
müəllimi Safura Kərimova şairin həyat və
yaradıcılığından söz
açıb. Şagirdlərin ifasında şairin
şeirləri səsləndirilib.
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 11.