“Azeri
observer” jurnalının təqdimatı
Martın 4-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə ingilis dilində nəşr olunan “Azeri observer” jurnalının təqdimatı keçirilib. Əvvəlcə jurnalın baş redaktoru Arslan Abbasov nəşr haqqında qısa məlumat verib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, jurnalda Azərbaycanın iqtisadi, mədəni həyatı, ölkəmizin tarixi, turizm potensialı haqqında materiallar, Azərbaycanda və dünyada baş verən hadisələrlə bağlı yazılar, xaricdəki səfirliklərimiz, diaspor təşkilatlarımızla bağlı məqalələr və müsahibələr yer alıb. Əsas məqsəd dünya xalqlarının bir-birilərini tanımasına, onların inteqrasiyasına, sivilizasiyalararası dialoqa töhfə verməkdir.
Mərasimdə jurnalın yeni
fəaliyyətə başlamış İtaliya
bürosunun işi barədə
də söhbət açılıb. İtaliyanın Azərbaycandakı
səfiri Ciampaolo Kutillo
nəşrin İtaliya ilə əlaqələr
yaratmasını yüksək qiymətləndirib. Jurnalın İtaliya bürosunun rəhbəri
Covanni Bella
İtaliya-Azərbaycan əlaqələrindən, nəşrin
əlaqələrimizin daha da genişlənməsində oynayacağı
roldan danışıb. Jurnalın
baş direktoru, Əməkdar
jurnalist Fazil Abbasov nəşr barədə məlumat verərək
bildirib ki, nəşrin
hər sayı Beynəlxalq Media Mərkəzinin
www.newspaperdirect.com saytında yerləşdirilir ki, bu da
dünya oxucularına Azərbaycan
gerçəklikləri ilə tanış olmağa
imkan verir. Məlumat
verilib ki, jurnal “Assa-İrada” beynəlxalq
xəbər agentliyi tərəfindən təsis
edilib.
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 8.