“Baladadaşın toy hamamı”nın səhnə tərtibatı müzakirə edilib

 

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq yazıçısı Elçinin hazırda məşqləri gedən “Baladadaşın toy hamamı” musiqili komediyasının (bəstəkarı Firudin Allahverdi, şeirlərin müəllifi Vüqar Əbdulov) səhnə tərtibatı ilə bağlı müzakirə keçirilib.

Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yeni tamaşanın məziyyətləri, süjet xətti, ideyası haqqında danışıb. Qeyd edib ki, “Baladadaşın toy hamamı” əsəri Abşeron, Bakı kəndləri, burada yaşayan insanların saf, təmiz duyğuları, həyat tərzi haqqında tamaşaçıda dolğun təəssürat yaradır.

Tamaşanın səhnə tərtibatçısı, Xalq rəssamı Tahir Tahirov hazırladığı eskizlər haqqında məlumat verib. Quruluşçu rejissor, Xalq artisti Cənnət Səlimova, direktor müavinləri, Əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, libretto müəllifi, Əməkdar artist Nofəl Vəliyev, rəssam Elgün Vəliyev, quruluş hissə müdiri Həmid Kazımzadə, geyim üzrə rəssam Yelena Almazovatexniki şuranın digər üzvləri çıxış ediblər.

 

Mədəniyyət.- 2015.- 6 mart.- S. 5.