Azərbaycan-Niderland
mədəni əlaqələri müzakirə olunub
Niderlandlı ekspertlər azərbaycanlı rəsm bərpaçıları üçün treninqlər keçəcəklər
Mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
Niderland Krallığının Azərbaycandakı
səfiri Robbert Qabrielseni
qəbul edib.
İki ölkə arasında əlaqələrin dostluq münasibətlərinə əsaslandığını qeyd edən nazir müavini mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirib, səfirliyin bu istiqamətdə səylərini alqışladığını diqqətə çatdırıb. Səfir öz növbəsində nazirliklə intensiv əlaqələrin qurulduğunu və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan muzeylərində olan rəsm əsərlərinin restavrasiyasında Niderland mütəxəssislərinin iştirakı, yerli bərpaçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə Azərbaycanda və ya Niderlandda bu ölkənin ekspertləri tərəfindən treninqlərin təşkili barədə danışılıb.
Səfir tərəfindən həmçinin Rotterdam orkestrinin Bakıda konsert proqramı ilə çıxışına dair təklif irəli sürülüb.
Diplomat qəbula görə
nazir müavini S.Məmmədəliyevaya
təşəkkür edib, Azərbaycan-Niderland
mədəni əlaqələrinin dinamik
inkişafının şahidi
olmasından məmnunluğunu bildirib.
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 4.