“Xeyir
ilə Şərin rəqsi”
Yeni filmin çəkilişləri başlanıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Xeyir ilə Şərin rəqsi” adlı bədii filmin çəkilişləri başlanıb.
Xalq yazıçısı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayevdir. Filmin ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir.
Ekran əsərinin süjet xəttini
Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə aid qədim nadir almazın
axtarışı təşkil edir.
Çəkilişlər Qubada, Bakı
şəhərinin müxtəlif ərazilərində və
kinostudiyanın pavilyonlarında aparılır.
Mədəniyyət.- 2015.- 6 mart.-
S. 3.