Çanaqqala savaşının 100 illiyi münasibətilə müsabiqə elan olunub
Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə Çanaqqala savaşına həsr edilmiş şeir, hekayə və məqalə nominasiyaları üzrə müsabiqə elan olunub. Müsabiqəyə əsərlər şərti imza ilə, çap halında 5 nüsxə olmaqla, zərfə qoyularaq təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdə isə müəllif haqqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.
AYB mətbuat xidmətindən bildirilib
ki, 5 nəfərdən ibarət
münsiflər heyəti hər nominasiya
üzrə 3 qalibi müəyyənləşdirəcək.
Qaliblərin adları aprelin ortalarında elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya
səyahət turu təşkil ediləcək.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 15.