“Adın şərəflidir
sənin, ey qadın!”
Kürdəmir rayon MKS-də “Adın şərəflidir sənin, ey qadın!” adlı tədbir keçirildi. Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vaqif Alıyev tədbirdə “Cəmiyyətdə Azərbaycan qadının rolu” mövzusunda məruzə ilə çıxış etdi. Şöbənin inspektoru İslam Bağırov, MKS-nin direktoru Şahalı Şixəliyev, xidmət şöbəsinin müdiri Aidə Abdurrahmanova, metodika-biblioqrafiya şöbəsinin müdiri Növrəstə Qəhrəmanova, komplektləşdirmə və kitabişləmə şöbəsinin müdiri Nuriyyə Məlikova, informasiya-resus şöbəsinin müdiri Nuranə Mürsəlova, uşaq şöbəsinin müdiri Xatirə Sultanova və başqaları qadınların ailədə və cəmiyyətdə rolundan danışdılar.
Məryəm
Əliyeva,
MKS-nin metodika-biblioqrafiya
şöbəsinin baş biblioqrafı
Mədəniyyət.- 2015.- 1 mart.-
S. 12.