“Qadın gülərsə...”

 

Martın 5-də Şəki şəhər MKS-nin Nakam adına Mərkəzi kitabxanasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Bayramın mübarək, Azərbaycan qadını!” adlı ədəbi-bədii gecə keçirilib. Gecəni oxu zalının müdiri Yaqut Sadıqlı açaraq əlamətdar günün tarixindən danışıb. Azərbaycan Müəllimlər İnstitutu (AMİ) Şəki filialının müəllimi Kamil Adışirinov “Qadın gülərsə...” mövzusunda məruzə ilə çıxış edib. AMİ-nin tələbəsi Nərmin İsmayılova B.Vahabzadənin “Anam namaz üstə”, Şəki Pedaqoji Kollecinin tələbəsi Aysel Sadıqlı C.Cabbarlının “Ana”, Şəki Musiqi Kollecinin tələbəsi Vüsalə Əliyeva S.VurğununAna” şeirlərini söyləyiblər.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 12.