“Ana
cənnətin çiçəyidir”
Martın 5-də Quba rayon MKS-nin Mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında qadınlar bayramına həsr olunmuş “Ana cənnətin çiçəyidir” mövzusunda səhərcik keçirilib.
Oxu zalının müdiri Rima Seyfullayeva, şöbənin əməkdaşları Dilbər Balayeva və Məlahət Məmmədova bütün qadınları bayram münasibətilə təbrik edib, ana müqəddəsliyindən söz açıblar. Qeyd edilib ki, dua ilə qalxan, dua ilə enən əllərdən biri də ana əlləridir. Bu gün anaların dualarına daha çox ehtiyacımız var.
Fəal oxucular Afət Rəhimova, Samirə Əliyeva, Arif Nadirov, Fidan İsbatova, Sevinc Əsgərova, Hüseyn Əsgərov və başqaları şeirlər səsləndiriblər. Quba uşaq musiqi məktəbi ansamblının müşayiəti ilə ifa olunan mahnılar alqışlarla qarşılanıb.
* * *
Tərtər rayon MKS-də
də Beynəlxalq Qadınlar Günü
münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Gündüz Mürsəlov açaraq,
qadınları təbrik edib. Şagirdlər
analara həsr edilmiş
şeirlər söyləyiblər.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 12.