Kitabxanaçı
xanımlara musiqi töhfəsi
Martın 6-da Mingəçevir şəhər
M.P.Vaqif adına Mərkəzi kitabxanada 8 Mart - Beynəlxalq
Qadınlar Günü münasibətilə
tədbir keçirilib. Tədbiri MKS-nin direktoru Etibarə Babayeva açaraq
kitabxananın qadın kollektivini bayram münasibətilə təbrik edib, xanımların cəmiyyətdə, həyatda,
ailədəki mühüm rolundan danışıb. Kitabişləmə
və komplektləşdirmə şöbəsinin müdiri Yaqut
İsmayılova, xidmət şöbəsinin multimedia
resursları üzrə mütəxəssisi Günel
Məmmədova və başqaları çıxış edərək
qadınlara xoş arzu
və istəklərini bildiriblər. İfa
olunan rəngarəng musiqilər
iştirakçılara xoş ovqat bəxş edib.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 12.