Ana şərəfi, qadın ləyaqəti”

 

Martın 5-də Sumqayıt şəhər MKS-nin Əliağa Vahid adına 9 saylı kitabxana filialında Beynəlxalq Qadınlar Günü münasibətilə “Ana şərəfi, qadın ləyaqəti” adlı tədbir keçirildi.

Əvvəlcə kitabxananın müdiri Rəna Xələfova qadınları təbrik etdi, onlara xoş arzularını bildirdi. Kitabxananın əməkdaşı Səfurə Nəcəfova bu əlamətdar günün tarixi, qadınların cəmiyyətdə və ailədə rolu haqqında iştirakçılara qısa məlumat verdi. Bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu gün Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində cəmiyyətimizin sosial, iqtisadi, siyasi, mədəni həyatında qadınların rolu getdikcə yüksəlir. Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi.

 

Nazimə Babayeva,

Sumqayıt şəhər Əliağa Vahid adına 9 saylı kitabxana filialının böyük kitabxanaçısı

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 12.