Özbəkistan saytında saz haqqında məqalə

 

Özbəkistanın silkway.uz portalında milli musiqi alətimiz olan saz haqqında geniş yazı dərc olunub. Rus dilində təqdim olunan materialda aşıq sənəti, sazbu qədim alətin tarixi barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, ozan və aşıqların qoşma, gözəlləmə, müxəmməs, təcnis üstündə oxuduqları mahnıların sözlərini aşıqların özləri yazır, bəstələyir və ifa edirlər. Aşıqlar tək, ikibir, üçbirya ansambl formasında çıxış edirlər.

Yazıda bildirilir ki, aşıqların ifasında qəhrəmanlıq və məhəbbət dastanları da geniş yer tutur. Aşıq sənətində deyişmə də geniş yayılıb. Deyişmədə iki, üç, bəzən dörd aşıq iştirak edir, tapmaca formasında açılması gərək olan şeirlər oxuyurlar. Qeyd olunur ki, aşıq sənəti Azərbaycanla yanaşı, İran, Türkiyə, Əfqanıstan, SuriyaBalkan ölkələrində də yayılıb.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 11.