Nəbatinin ana dilində divanının surəti əldə edilib
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov XIX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi
Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında
saxlanan anadilli divanının surətini
əldə edib. İnstitutdan bildiriblər ki, 287 səhifədən
ibarət olan divanın Təbriz nüsxəsində
şairin Azərbaycan dilində
yazdığı 12 qəsidə, 37 qəzəl, 50 rübai, 1 məsnəvi, 1 tərcibənd, 8
müstəzad, 1 müsəddəs, 11 dübeyt,
5 təkbeyt, 11 qoşma, 5 gəraylı,
5 təcnis, 1 müləmmə və farsca
bir sıra şeirlər toplanıb.
Əlyazmada şairin əsərlərinin
Bakı nəşrlərinə düşməmiş bir sıra şeirləri var.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 11.