Beynəlxalq
Qadınlar Günü münasibətilə
xeyriyyə sərgisi
Martın 6-da Gəncliyə Yardım Fondunun (GYF) təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri” adlı xeyriyyə sərgisi təşkil edilib. Ənənəvi olaraq qeyd edilən, Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan XII əl işləri sərgisi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilib.
“Ümidsizlərin ümidi ol!” layihəsi çərçivəsində planlaşdırılan xeyriyyə sərgisindən əldə olunan gəlir imkansız ailələrə təqdim ediləcək. Layihə çərçivəsində hər ay ehtiyacı olan 50 ailəyə ərzaq paketi paylanacaq, 50 universitet tələbəsinə təqaüd veriləcək və 50 xəstənin dərman ehtiyacları ödəniləcək.
Sərginin açılış
mərasimində Gəncliyə Yardım Fondu
himayəçilər şurasının sədri Ahmet Tecim, Prezident
Administrasiyası İctimai-siyasi məsələlər
şöbəsinin əməkdaşı Rasim
Mirzəyev, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış ediblər.
Çıxışlarda vurğulanıb ki, yardıma ehtiyac duyan ailələri sevindirmək, dərdlərinə
şərik olmaq insanlıq və vətəndaşlıq
borcudur.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 11.