ADMİU-da gənc rəssamın sərgisi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc rəssam, Rəssamlar İttifaqının üzvü, ADMİU-nun müəllimi Mətin Şərifovun sərgisi keçirilib.
Açılışda universitetin rektoru, professor Fərəh Əliyeva çıxış edərək, rəssamın işi ilə tanış olduğunu, gələcəkdə də belə sərgilərin keçirilməsinin vacibliyini vurğulayıb. Xalq rəssamı Xanlar Əhmədov gənc rəssama uğurlar arzulayıb.
Sərgidə rəssamın müxtəlif mövzularda çəkdiyi rəngkarlıq əsərləri
nümayiş olunub. Tədbirdə
universitetin müəllim və tələbə
heyəti, rəssamlar iştirak ediblər.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 8.