“Dostluğun
gücü”
Azərbaycan və Gürcüstan rəssamlarının sərgisi
Martın 6-dan 8-dək Bakıdakı “1969” qalereyasında Gürcüstan və Azərbaycan rəssamlarının əsərlərindən ibarət “Dostluğun gücü” adlı sərgi keçirilib. 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi Gürcüstan-Azərbaycan Mədəni Münasibətlər Assosiasiyasının dəstəyi ilə təşkil edilib.
Ekspozisiyada gürcü rəssamları Amiran Qoqolaşvili, Temur Maçavariani, Kote Amirecibi, Besik Arbolişvili, Tinatin Sanikidze və Mamuka Sesxladzenin, habelə Azərbaycan rəssamları Aida Əli, Ellada İsmayılova, Leyla Şirəli və Tural Muxtarzadənin əsərləri nümayiş etdirilir.
Tədbirin məqsədi Azərbaycan
ilə Gürcüstan arasında mədəni
sahədə qarşılıqlı münasibətləri
möhkəmlətmək, Azərbaycan incəsənətini Gürcüstanda və gürcü
incəsənətini Azərbaycanda
populyarlaşdırmaqdır.
Mədəniyyət.- 2015.- 11 mart.-
S. 5.