Mingəçevirdə xidmət sahəsi üzrə kurslar başa çatıb

 

Martın 3-dən 10-dək I Avropa Oyunlarına hazırlıqla əlaqədar Mingəçevir şəhərindəki Gənclər evində xidmət sahəsi üzrə təlim-tədris kursları keçirilib.

Mingəçevir şəhərinin mehmanxanaları ilə yanaşı, Gəncə və Naftalan şəhərlərindən olan mehmanxana əməkdaşları ilə birlikdə 110 nəfərin iştirak etdiyi təlim-tədris kurslarında 4 sahə - idarəçilərin təlimçi olaraq hazırlanması, qeyd-qəbul, xadiməçilik və masa xidməti ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris ediblər.

Martın 10-da kurslarda iştirak edən dinləyicilərə sertifikatlar verilib. Tədbirdə Mədəniyyət Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, Türkiyənin Bakıdakı səfirliyinin mədəniyyət tanıtma müşaviri iştirak edib.

Avropa Oyunlarına gələcək idmançılara, qonaqlara turistlərə yüksək xidmət göstərmək məqsədilə 6-13 aprel tarixində mehmanxana əməkdaşları üçün Bakı şəhərində bu istiqamətli treninqlərin keçirilməsi planlaşdırılır.

 

Mədəniyyət.- 2015.- 11 mart.- S. 4.