QaxdaNovruz gözəli” müsabiqəsi

 

Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Novruz bayramı ərəfəsində folklor kollektivlərinin ənənəvi baxış-müsabiqəsi və “Novruz gözəli-2015” müsabiqəsinin yekun turu keçirilib. Fevralın 15-dən başlayan zona turlarında münsiflər heyəti tərəfindən seçilən mədəniyyət evləri və klubların 17 folklor kollektivi və 12 gənc qız qatılıb.

Folklor kollektivlərinin baxış müsabiqəsində Qax şəhər 2 saylı Mədəniyyət evinin kollektivi I, Zəyəm kənd Mədəniyyət evinin kollektivi II, İlisu kənd Mədəniyyət evinin kollektivi III yerə layiq görülüb.

Novruz gözəli-2015” müsabiqəsində isə Məhərrəmli Həlimə I, Şabanova Məryəm II, İbrahimova Nazpəri III yeri tutub. Müsabiqə qalibləri Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 13.