Mədəni irs və arxeoloji turizm
Xəzər Universitetində elmi-praktik konfrans keçirilib
Martın
10-da Xəzər Universitetində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyinin təşkilatçılığı,
universitetin Tələbə Gənclər
Təşkilatının dəstəyi ilə «Mədəni irs və arxeoloji turizm» adlı elmi-praktik konfrans keçirilib.
Tədbiri Xəzər Universitetinin ictimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq Azərbaycanda arxeologiya elminin son nailiyyətlərindən və turizmin inkişafından danışıb.
MİRAS İctimai Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli mədəni irs və arxeoloji turizm sahəsində təcrübələrindən danışıb. Bildirib ki, qurum fəaliyyət göstərdiyi 5 ildə Azərbaycanın mədəni irsinin araşdırılması, qorunması və təbliği sahəsində geniş təcrübə qazanıb: «Orta əsr Ağsu şəhəri, Şıxməzid abidəsi və Mehrəvan qalasında aparılan arxeoloji tədqiqatlar, konservasiya və təbliğat işləri geniş elmi ictimaiyyətdə maraq doğurub və elmi innovasiya kimi qiymətləndirilib».
Mədəniyyət və Turizm Nazirliyinin «Ümumi mədəni irs şəhərləri» beynəlxalq arxeoloji turizm layihəsindən geniş danışan Fariz Xəlilli gənclərin türk-islam mədəniyyətini nəinki öyrənmələrini, eləcə də həmin mədəniyyətin əhatə etdiyi şəhərləri gəzmək, səyahət etməklə daha dərin biliklərə sahiblənmələrini tövsiyə edib.
Fəxriyyə
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 10.