Türkiyəli turizm mütəxəssisi Bakıda dərs deyib

 

Türkiyənin Akdeniz Universitetinin (Antalya) müəllimi professor Beykan Çizel martın 2-dən 8-dək Mövlanə Mübadilə proqramı çərçivəsində Azərbaycan TurizmMenecment Universitetində beynəlxalq turizm fənnini tədris edib. Universitetin mətbuat xidmətindən verilən məlumata görə, Beykan Çizel ali təhsil ocağında olduğu müddətdə müvafiq fənn müəllimləri ilə görüşüb və paytaxtımızın görməli yerlərini də ziyarət edib.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 9.