Özbəkistan
saytında Azərbaycanın qədim çövkən oyunu haqqında məqalə
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın silkway.uz saytında “Çövkən - Azərbaycanda ənənəvi oyun” ("Çovqan - tradiüionnaə iqra v Azerbaydjane") adlı məqalə dərc olunub.
Məqalədə çövkənin Azərbaycanda qədim tarixə və ənənələrə malik milli oyun növü olduğu vurğulanır, 2013-cü ildə bu mədəni irs nümunəsinin UNESCO-nun siyahısına daxil edildiyi diqqətə çatdırılır. Bildirilir ki, qədim tarixə malik bu oyun azərbaycanlılar, özbəklər, taciklər arasında geniş yayılıb.
Müəllif qeyd edir ki, çövkən oyunun fraqmentləri Azərbaycanın qədim miniatürlərində təsvir olunub. Dahi Azərbaycan şairi, klassiki Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində, həmçinin "Kitabi-Dədə Qorqud" dastanında çövkən oyunundan söz açılır.
Yazıda 2006-cı ildən Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin
təşkilatçılığı ilə Şəki
şəhərində çövkən milli
atüstü oyunu
üzrə “Prezident kuboku”
turnirinin keçirildiyi
də qeyd olunur.
Britaniyanın "The Telegraph"
qəzetində Azərbaycanın çövkən oyunundan bəhs edən material
dərc edildiyi bildirilir.
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 8.