Gənc
Tamaşaçılar Teatrının yaradıcı heyəti
məktəbin qonağı olub
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir qrup yaradıcı heyəti 49 nömrəli «İntellekt» məktəb-liseyinin qonağı olub. Azərbaycan peşəkar milli teatrının yaranmasının 142-ci ildönümü münasibətilə keçirilən görüşdə əməkdar artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Əməkdar mədəniyyət işçisi, teatrın baş redaktoru Səriyyə İsmayılova, aktyorlar İlham Əsədov, Müşfiq Əliyev, Anar Seyfullayev iştirak ediblər. Şagirdlər Azərbaycanın korifey aktyorlarının fotolarından ibarət hazırladıqları sərgi, «Arşın mal alan», «Meyvələrin söhbəti», «Vaqif», «Kərpickəsən qocanın nağılı» və digər əsərlərdən ifa etdikləri parçalarla teatr işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Məktəb-liseyin direktoru
Təhminə Əsədova və Səriyyə
İsmayılova çıxış edərək teatr kollektivinə, müəllim və
şagirdlərə öz minnətdarlıqlarını
bildiriblər. Sonda aktyor
İlham Əsədov şagirdlərin
müşayiəti ilə «Azərbaycan» mahnısını səsləndirib.
Mədəniyyət.- 2015.- 13 mart.-
S. 7.