Əməkdaşlıq məsələləri müzakirə olunub

 

Martın 11-də Bakıdakı Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda olub. Fondun icraçı direktoru Elçin Babayev qonağa qurumun yaranma tarixi, fəaliyyətə başladığı vaxtdan tədqiqatçılara göstərilən kömək, dövlət tərəfindən ayrılan qrantlar vasitəsilə Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanının yaradılması barədə məlumat verib.

Öz növbəsində Əhməd Sami Elaydi Misir Mədəniyyət Mərkəzinin fəaliyyətindən, elmi və mədəni sahəyə olan maraqlarından danışıb. Görüşdə əməkdaşlığın genişləndirilməsi, müştərək tədbirlərin, müsabiqələrin keçirilməsi barədə təkliflər müzakirə edilib.

 

Mədəniyyət.- 2015.- 13 mart.- S. 5.