Budur, gəldi bahar fəsli...

 

Novruz Azərbaycan xalqının ən qədim bayramlarından biridir. Baharın qarşılanmasını, həyatın canlanıb hərəkətə gəlməsini simvolizə edən Novruzun müxtəlif ayinləri daha əski çağlardan qeyd olunub. İnanclar sisteminin zaman-zaman dəyişikliyə uğraması Novruz rituallarına da münasibəti fərqli istiqamətlərə yönəldib. Hətta irihəcmli folklor örnəklərində təhriflər olduğunu görmək mümkündür. Fəsil dəyişikliyinin təbiətlə deyil, hansısa dini motivlərlə bağlanması halları baş vermişdir. Belə müdaxilələr isə minillik adət-ənənələrin kölgədə qalması ilə nəticələnmişdir.

 

Ancaq elin yaddaşından qopan deyimlərdə, eləcə də bir çox ədəbi nümunələrdə Novruz bayramı ilə bağlı məqamlara rast gəlmək olur. Türk dünyasının mənəviyyat abidəsi “Kitabi-Dədə Qorqud” dastanında bilavasitə Novruzdan bəhs olunmasa da, bayramın bir çox elementləri ilə tez-tez qarşılaşırıq. Xüsusilə də odla bağlı məqamlar əski inanclar sisteminin əlamətlərini qoruya bilmişdir. Daha bir mədəni abidəmiz olanKoroğlu” dastanında da bilavasitə Novruzla bağlı məqamlara rast gəlinmir. Burada qarşılaşdığımız şeirya nəsr nümunələrində daha çox baharın gəlişindən bəhs olunur.

Ümumiyyətlə, ozandan aşığa keçid dövründə Novruz bayramı da tədricən öz fəlsəfəsinə qovuşmuşdur. Bu daha çox baharla, bayram ovqatı ilə bağlı şeirlərdə müşahidə olunur. Orta əsrlərdən üzü bəri Azərbaycan aşıq şeirində Novruzun buya digər ayinlərini əks etdirən, yəni baharın gəlişinə sevinən xalqın istəklərini, əhvalını əks etdirən nümunələr çoxdur. Ustadlar ustadı sayılan Abbas Tufarqanlı yazır:

 

Duman, gəl get bu dağlardan,

Dağlar təzə bar eyləsin.

Yaxud:

Duman, gəl get bu dağlardan,

Bahar gəldi, qar əylənməz.

 

Deməli, dağların, bağ-bağatıntəzə bar eyləməsiüçün qar-borandan xilas olmaq, bahara qovuşmaq lazımdır. Aşıq-şair həm bu qənaətə gəlir ki, bahar gəldisə, artıq qar duruş gətirə bilməz. Meydan gül-çiçəyindir.

Öz ustadnamələri ilə məşhur olan, adı aşıq şeirimizə qızıl hərflərlə həkk olunan Xəstə Qasım baharın gəlişi ilə insanın ruhunun da təravətləndiyini, həyat eşqinin artdığını, hislərinin coşduğunu qeyd edir:

 

Budur, gəldi bahar vaxtı,

Sinəm oldu yarın taxtı,

Soyuldu bülbülün rəxti,

Gül, başına dolandığım.

 

Dədə Ələsgər baharın gəlişi ilə dağların al-əlvan libasa büründüyünü yazır:

 

Bahar fəsli, yaz ayları gələndə

Süsənli, sünbüllü, lalalı dağlar...

Yaxud:

Çərşənbə günündə, çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü.

 

Burada da bayramın səhəri - çərşənbədə xanımların su üstündən atlamağa getməsi, bulaqdan su gətirməsinə işarə vurulur. Eyni zamanda aşiqin öz sevgilisinə qəlbini açması da bahara təsadüf edir.

Bahardaeşq oduilə sinəsi çağlayan, İsmi Pünhana sevgisi ilə dillərdə dastan olan Molla Cümə baharın qüdrətindən bəhs edir:

 

Bahar fəsli irmaq kimi çağlayıb,

Eşq oduyla ciyərimi dağlayıb,

Mənsur kimi qollarımı bağlayıb,

Məni dara çəkən yerdi bu yerlər.

 

Bunlardan əlavə aşıq şeirində ənənəvi olaraqBayram günlərirədifli şeirlər mövcuddur. Bu rədifdə bir çox aşıq-şairlər divanilər yazmış elin toy-düyünlərində, bayramlarda şövqlə çalıb-oxumuşlar.

 

Aşıq gərək xalqa tərif yaza bayram günləri,

Əlində saz, şirin avaz gəzə bayram günləri.

El nəfinə yaxşı danış, eşidən əhsən desin,

Gülür yenə novbahartək üzə bayram günləri.

 

Aşıq Şəmşirdən təqdim etdiyimiz bu nümunədən göründüyü kimi, el sənətkarı gərək bayram günlərində əlində saz xalq arasında dolaşsın, hikmət söyləsin, insanların sevincinə sevinc qatsın.

Koroğlu aşığı Umbay Axundov Novruzda insanların sanki azadlığa çıxdığını, bunun da sevincə səbəb olduğunu vurğulayır:

 

Necə şirin yaraşır sözə bayram günləri,

qədər sevinc gətirir üzə bayram günləri.

Yaranandan insan oğlu azadlığa təşnədi,

Səadətnən qismət olsun sizə bayram günləri.

 

Göründüyü kimi, aşıq tarixən şaman funksiyasını yerinə yetirmiş, yaxşı gündə , dar gündə el-obanın ümid yeri olmuşdur. Aşığın sələfi olan ozan da qolça qopuzunu sinəsinə basmış, igidləri öymüş, oğuz elinin birliyi, xoşbəxtliyi üçün Allaha dualar etmişdir. Aşıq el xanəndəsidir. Bu baxımdan el şənliklərini, bayramlarını aşıqsız təsəvvür etmək çətindir. Novruz bayramında aşıqlarımız baharı qarşılayan, həyata köklənən insanlara əlavə güc vermişdir. Çünki saz Novruz bayramı qədim-qayım ənənələrdən qaynaqlanır hər ikisi milli-mənəvi dəyərimizdir.

 

Pərviz Axund

 

Mədəniyyət.- 2015.- 18 mart.- S. 15.